Bakı ilə bu cür saziş imzalamağa hazırıq – Paşinyan
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan Respublikası Azərbaycana sülh müqaviləsi ilə bağlı öz təkliflərini göndərib və biz belə məzmunlu saziş imzalamağa hazırıq”, – Paşinyan bildirib.
O, ümid edir ki, İrəvanın bu təklifinə Azərbaycanın reaksiyası müsbət olacaq.
Qeyd edək ki, Rəsmi Bakı sülh sazişi ilə bağlı İrəvana 5 bəndlik təklif irəli sürüb. Bu, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Paşinyanın bu açıqlaması isə sülhü istəmədiyini göstərir.
Publika.az