Bakı İrəvanla sülh prosesinə xarici müdaxilənin əleyhinədir

Bakı İrəvanla sülh prosesinə xarici müdaxilənin əleyhinədir

Azərbaycan prezidentinin köməkçisi Bakının regionda davamlı sülh üçün iradəsini vurğulayaraq bildirib ki, heç bir ölkə Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh prosesinə müdaxilə etməməlidir.

Londonda keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Bakı İrəvanla davamlı sülh müqaviləsini təmin etmək üçün heç bir ciddi maneə görmür və hesab edir ki, iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi məsələsi ayrıca həll oluna bilər.

Ermənistanla Azərbaycan Respublikası arasında 35 illik müharibə başa çatıb və Bakının strategiyası sülhə nail olmaqdan ibarətdir ki, bu da hər iki tərəfin iştirakını tələb edir._Hacıyev bəyan edib.

ABŞ və Avropa Birliyi dəfələrlə müxtəlif yollarla vasitəçilik adı altında regional məsələlərə müdaxilə etməyə çalışıblar; lakin, Hacıyev İrəvan və Bakı hakimiyyəti arasında birbaşa danışıqların vacibliyini vurğulayıb və bunu sülhün bərqərar olması üçün yeganə amil kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 13 =