Bakı metrosunda yenilik
Bakı metropoliteni metro stansiyalarında havalandırılma sistemlərinin yenilənməsi ilə bağlı müasir ventilyasiya sistemləri alacaq.
Bunu açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda bu istiqamətdə işlər davam etdirilir:
“Bu il metro stansiyalarına 10 yeni ventilyator quraşdırılıb. Metro stansiyalarının təbii havalandırılmasının gücləndirilməsi gündəmdədir.
Bunun üçün xüsusi damperlərin quraşdırılması vacibdir. Hazırda bu proses davam etdirilir. Bu ilin axırına qədər yeni ventilyatorların alınmasına başlanacaq.
Qeyd edim ki, yeni alınacaq ventilyatorlar əvvəl quraşdırılan və istismarı başa çatan ventilyatorlardan 3 dəfə güclüdür.
Bu da metro stansiyalarında havalandırmanın 3 dəfə artırılması deməkdir. Bu il ən azı 6 ventilyator sifariş veriləcək. Yeni ventilyatorlar istismar müddətini başa vurmuş ventilyatorlarla əvəzlənəcək”.
Xatırladaq ki, Bakı metropolitenində havalandırma sisteminin gücləndirilməsi məqsədilə 2017-ci ildə 3, 2019-cu ildə 7, 2020-ci ildə isə 10 yeni və müasir ventilyator alınaraq istismarı başa çatan ventilyatorlarla əvəz edilib.
Hazırda stansiyalarnı havalandırılması üçün 20 yeni ventilyator quraşdırılıb və istifadətə verilib.
Trend