Bakı-Quba yolunda yük maşını aşdı – Xəsarət alanlar var

Bakı-Quba yolunda yük maşını aşıb.
BAKU.WS xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Qəza nəticəsində sürücü və maşında olan sərnişin xəsarət alıb.
Hadisə ilə əlaqədar Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Maşınlar rayonun içərisindən keçərək yollarına davam edirlər.
Qəzanın görüntülərini təqdim edirik:
BAKU.WS