Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub

Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub

Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Elçin Əmirov təyinat alıb. O, bu gün kollektivə təqdim edilib.

E.Əmirov bu təyinata qədər Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Qeyd edək ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin keçmiş rəisi Nelli Veyisova tutduğu vəzifədən azad edilib.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + ten =