Bakı və İrəvan arasında yeni müharibə: ABŞ-dan sonra Rusiya da açıqladı

Bakı və İrəvan arasında yeni müharibə: ABŞ-dan sonra Rusiya da açıqladı



Publika.az
 xəbər verir ki, bu barədə “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri Andrey Bıstritski TASS-a müsahibəsində deyib.

Rusiyalı mütəxəssis iki ölkə arasında ciddi bəyanatların verildiyinə diqqət çəkib.

“Bu bəyanatların ardınca sülh müqaviləsinə əsaslı hazırlıq haqda açıqlamalar gəlir, bu baxımdan, siyasi ritorikanı real işdən ayırmaq asan deyil. Mən deməzdim ki, iki ölkə arasında genişmiqyaslı müharibə başlayacaq, hər iki tərəf müharibənin ekstremal nəticələrini anlayır, lakin eskalasiya riskləri var”, – deyə o bildirib.

Qeyd edək ki, amerikalı ekspertlər Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən heç də az dramatik olmayan yeni toqquşmanın gözlənildiyini proqnozlaşdırır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =