Bakıda 20 nömrəli məktəb-liseydə karantin müddəti uzadıldı – RƏSMİ

Bakıda 20 nömrəli məktəb-liseydə karantin müddəti uzadıldı – RƏSMİ

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə karantin müddəti daha 10 gün uzadılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən son günlərdə 20 nömrəli məktəb-liseyin daha bir neçə müəllim və şagirdinin COVİD-19 virusuna yoluxması faktı təsdiqini tapdığı üçün Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən karantin müddətinin uzadıldığı bildirib.

Qeyd edilib ki, bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.

Xatırladaq ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =