Bakıda 2024-cü ildə açılacağı gözlənilən metrostansiya bu ünvanda olacaq

Bakıda 2024-cü ildə açılacağı gözlənilən metrostansiya bu ünvanda olacaq

Şərti adı B-4 olan yeni metro stansiyasının tikinti işləri gələn ilin sonuna qədər yekunlaşacaq.

BAKU.WS-in Trend-ə məlumatına görə, bunu bu gün Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda yeni stansiyanın tikintisi normal davam etdirilir:

“Stansiya 4 səviyyədən ibarət olacaq. Artıq stansiyanın 2 səviyyəsində tikinti işləri başa çatdırılıb. Hazırda qalan iki səviyyənin tikintisi aparılır. Həmçinin “8 Noyabr” stansiyasından B-4 stansiyasına qədər olan hər iki qatar yolu və tunel tikilib. Gələn ilin sonuna qədər stansiyada bütün tikinti işləri başa çatdırılacaq. Ondan sonra stansiyada avadanlıqların quraşdırılmasına başlanacaq. Əgər işlər hazırk; vəziyyətdə davam edərsə, stansiya 2024-cü ilin əvvəlində istifadəyə verilə bilər”.

Qeyd edək ki, «Bənövşəyi xətt»in 4-cü stansiyası (B-4) Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa edilir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 1 =