Bakıda 3 saylı `ASAN Kommunal` mərkəzi açılıb

Bakıda 3 saylı `ASAN Kommunal` mərkəzi açılıb

Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyində 3 saylı “ASAN Kommunal” mərkəzinin açılışı olub.

Mərkəz Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 38 ünvanında – çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində yerləşir.

Açılış mərasimində “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, “Azərsu” ASC-nin sədr müavini və sədr vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov iştirak edib. Onlar birlikdə mərkəzin fəaliyyətə başlamasını bildirən rəmzi düyməni sıxaraq mərkəzi işə salıblar.

Əsasən Nizami, Xətai və Sabunçu rayonlarında qeydiyyatda olan 738 900 vətəndaşın əhatəsində yerləşən “ASAN Kommunal” mərkəzi ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərir. Mərkəzdə adları çəkilən qurumlara aid 52, ümumilikdə isə 110 növ xidmət göstəriləcək. O cümlədən “Azəriqaz” 21 xidmət göstərəcək ki, bunlara – itirilmiş və yaxud zədələnmiş smart kartın bərpası, abunəçi məlumatlarında dəyişikliklərin edilməsi, qüsurlu ödənişin bərpası və s. xidmətlər aiddir.

Mərkəzdə əməkdaşların sayının 90 nəfər, könüllülərin sayının isə 15 nəfər olması nəzərdə tutulur.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 7 =