Bakıda Aşura mərasimləri keçirilib

Bakıda Aşura mərasimləri keçirilib

Bakıda Aşura günü məscidlərdə və bəzi məkanlarda əzadarlıq məclisləri təşkil olunub. Mərasimlərdə minlərlə paytaxt sakini iştirak edib

Müsəlmanların 3-cü imamı olan Həzrəti Hüseyn və ailəsinin müsibətli günü Azərbaycanın paytaxtı Bakı şəhərində qeyd edilib. Paytaxtın əksər məscidlərində Aşura günü ilə əlaqədar məclislər təşkil olunub. 

Qeyd edək ki, Azərbaycanda özünəməxsus əhəmiyyətə malik olan Aşura günü ölkədə böyük kütlə tərəfindən qeyd olunur. Ölkənin əksər bölgələrində bu gün əhali məscidlərə gedərək sinə vurur, müsibətə ağlayır, ehsan verir və dualar edirlər. Çünki Məhərrəm ayı və Aşura mərasimi bəlkə də bü dünyada ən çox bizim millətin ehtiyacı olduğu ay və mərasimdir.

Aşura günündə müqəddəs şəxslər elə bir qəhrəmanlıq göstəriblər ki, yaşlı və cavanlarımız bundan faydalanaraq Azərbaycanın keçmiş və gələcəyini abad edə bilərlər. Kərbəla məktəbi zülmə boyun əyməmək və haqsızlığa qarşı çıxmaqla yanaşı, ata-oğul, qardaş-bacı münasibətlərini necə formalaşdırmağı, ailə-dəyər sisteminin ən üstün mərhələsini, müharibədə qələbənin necə əldə olunmasını, düşməni necə rüsvay etməyin sirlərini, bir sözlə necə yaşamağı və necə ölməyi insanlara öyrədir.

Faktxeber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − nineteen =