Bakıda bir sıra dairələr tərəfindən bəzi neqativ hərəkətlərə qarşı İrana etiraz

Bakıda bir sıra dairələr tərəfindən bəzi neqativ hərəkətlərə qarşı İrana etiraz

Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə İran İslam Respublikasının Xarici İşlər Nazirliyində nazir köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçilu ilə görüşüb və danışıqlar aparıb.

Bu gün, cümə, yanvarın 24-də səhər saatlarında baş tutan bu görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, fikir mübadiləsi aparılıb.

Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru iki ölkə arasında münasibətlərdə müsbət irəliləyişlərə toxunaraq, hər iki tərəfin sazişlərin həyata keçirilməsi və aralarındakı münasibətlərin qorunması üçün səy göstərməsinin vacibliyini vurğulayıb.

Dəmirçilu, iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı maraqlara əsaslanan münasibətləri inkişaf etdirmək səylərinə toxunaraq, Azərbaycan Respublikasında bəzi dairələrin və ya şəxsiyyətlərin mənfi hərəkətlərini (o cümlədən, Azərbaycan Respublikasında təhsil alan bir sıra iranlı tələbələrə qarşı son zamanlar qeyri-etik hərəkəti) iki xalq arasında münasibətlərə xələl gətirən addımlar kimi qiymətləndirib, ölkəmizin bu davranışlara etirazını bildirib, bu cür neqativ halların təşəbbüskarları və səbəbkarlarına qarşı tədbir görülməsini tələb edib.

Xarici İşlər nazirinin köməkçisi həmçinin iki ölkə xalqı arasında din xadimlərinin və din alimlərinin hörmətini və yüksək məqamını vurğulayaraq, hər hansı hörmətsizlik və təfriqə yaradan hərəkətlərə qarşı sayıqlıq və qətiyyətli addımların atılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının səfiri bəzi xoşagəlməz açıqlama və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli rəsmilərinə çatdıracağına söz verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 15 =