Bakıda dəhşət: Bu soyuqda-sazaqda iki ailə küçədə qalıb-Video
Bəli, bir evdə iki qardaş yaşayır. Biri fiziki məhdudiyyətli, digəri də fəhlə. İlin-günün bu vaxtında körpələrlə birlikdə yanan evin elə həyətindəcə gecələyirlər Muxtarovlar ailəsi. Düz bir həftədir ki, bu ailə ilə heç bir icra qurumu maraqlanmır. İcra hakimiyyətinin Balaxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ruhin Orucov çəkiliş apardığımızı eşidib özünü tezbazar olduğumuz ünvana yetirdi. Bildirdi ki, ailəyə kömək etmək üçün gəlib.
Maraqlıdır, belə çıxır ki, APA TV əraziyə gəlməsəydi, bu körpələr çöldə gecələməyə davam edəcəkdilər. Yenə də sağ olsunlar, kamera görüb kömək etdilər, bu iki ailə yeni ili isti və rahat yerdə qarşılaya biləcək. İki aydan sonra nə olacaq, bunu isə isə qurbanolduğum və aidiyyəti qurumlar bilir.
Gözləyək, görək nə olacaq.
Apa.az