Bakıda diləndirilən azyaşlı sığınacağa yerləşdirilib

Bakıda diləndirilən azyaşlı sığınacağa yerləşdirilib

Ötən gün axşam saatlarında 3-4 yaşlarında bir uşaq Caspian Plaza ətrafında 27-ci polis bölməsinin əməkdaşları tərəfindən diləndiyi yerdə aşkarlanaraq uşaq sığınacağına yerləşdirilib.

 Bu barədə Azərbaycan Uşaqlar Birliyininin sədri Kəmalə Ağazadə məlumat verib. Bildirib ki, azyaşlı böyük ehtimalla roman qaraçılarındandır, fikrini izah edə bilir. Lakin kimliyi barədə hələlik dəqiq məlumat yoxdur.

Qurum rəhbəri azyaşlıların diləndirilməsi hallarının qarşısının alınması üçün bütün müvafiq qurumları səfərbər olmağa və mütəmadi reydlər keçirməyə çağırıb.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 10 =