Bakıda Dini Liderlərin Qlobal Sammiti keçirilir

Bakıda Dini Liderlərin Qlobal Sammiti keçirilir

Bakıda Dini Liderlərin Qlobal Sammitinin açılışı olub.

“Gülüstan” sarayında keçirilən sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, ümumən, 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən nüfuzlu dini mərkəzlərin başçıları — Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri iştirak edir.

Dini liderlərinin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda COP 29 çərçivəsində budəfəki Sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin — iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır.

Qeyd edək ki, “Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Bakı Sammiti Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü və himayədarlığı ilə təşkil olunub. Sammitin tərəfdaşları qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir.

Xatırladaq ki, sammit 5-6 noyabr tarixlərini əhatə edəcək. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 13 =