Bakıda fəhlə işlədiyi binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb
Fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.
Binəqədi rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi, inşa edilməkdə olan çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
BAKU.WS