Bakıda Hacı Qasim Süleymaniyə anım mərasimi keçirilib-Foto/Video

Bakıda Hacı Qasim Süleymaniyə anım mərasimi keçirilib-Foto/Video

Xanım Zəhraya (ə) əzadarlıq günlərinin keçirilməsi ilə eyni zamanda İran İslam Respublikasının şəhid Generalı Hacı Qasim Süleymani və onun silahdaşlarının şəhadətinin ikinci ildönüm münasibəti ilə Bakida anım mərasimi təşkil olunub. İlk öncə bir sıra iranlılar və İran səfiri İran İslam Respublikasının Bakıdakı səfirliyində möhtərəm şəhidin xatirəsini anmaq üçün onun rəsmi önündə gül-çiçək dəstələri qoyaraq şamlar yandırmış və ruhuna dualar oxumuşlar.

İran İslam Respublikasının Azərbaycan Respubliksındakı Səfiri Seyid Abbas Musəvi Şəhid Hacı Qasim və Əbu Mehdi Əl-Mühəndisin xatirəsini yad edərək onun mətəqədə və regionda sülh və əmin-amanlıq carçısı olduğunu bildirmiş və demişdir:

“Bütün dünya terrorizm və terrorçuların ortadan qaldırılmasına ehtiyaclıdır və şəhid Hacı Qasim döyüş meydanlarında iştirakı və hətta öz canını bu yolda fəda etməsi sayəsində bunu bütün dünyaya, xüsusilə də gələcək nəsillərə hədiyyə etdi.”

İranın Bakıdakı Səfirliyinin mədəniyyət şöbəsinin nümayəndəsinin təşəbbüsü ilə təşkil edilən bu mərasimdə iştirak və çıxış edən digər şəxslər öz çıxışlarında Şəhid Süleymani və onun bütün dünyanın azadlıq sevər xalqları üçün nümunəvi rəftar  tərzi haqqında nəzərərəçarpacaq sözlər söyləmişlər.

Həmçinin, Qasim Sleymaninin ilk hədiyyəsinin bir məktəbi yadigar qoymuş olması da mərasim iştirakçıları tərəfindən səsləndirilmişdir. Mərasim iştirakçıları şəhid Süleymani məktəbi və müqavimətin beynəlxalq müstəmləkəçilərə qarşı yeganə yol olduğunu da elan etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =