Bakıda İran və Azərbaycan Respublikasının Müştərək İqtisadi Komissiyasının 15-ci iclası keçirilib

Bakıda İran və Azərbaycan Respublikasının Müştərək İqtisadi Komissiyasının 15-ci iclası keçirilib

Xarici İşlər nazirinin iqtisadi diplomatiya üzrə müavini martın 10-da Bakıda İran və Azərbaycan Respublikasının Müştərək İqtisadi Komissiyasının 15-ci iclasının keçirilməsinə toxunaraq, Tehran və Bakı arasında birbaşa uçuşların bərpası üzrə səylərin nəticələrindən məmnun olduğunu bildirib.

Xarici İşlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri martın 10-u və 11-də Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası ilə Müştərək İqtisadi Komissiyanın 15-ci iclası ərəfəsində 13-cü hökumətin iqtisadiyyatın çoxşaxəli yanaşması haqdakı diplomatiyasına toxunub:

İran İslam Respublikası dünyanın hər yerində müxtəlif ölkələrlə iqtisadi əlaqələrin gücləndirilməsinə önəm verir və bu arada ölkəmizin iqtisadi diplomatiyasında qonşu dövlətlərin də xüsusi yeri var.

O, İran İslam Respublikasının xarici siyasətində Azərbaycan Respublikasının mövqeyinin əhəmiyyətini vurğulayıb. Tehran və Bakı arasında birbaşa aviareyslərin bərpası istiqamətində görülən işlərin nəticələrindən məmnunluğunu bildirib:

Belə bir vaxtda Azərbaycan Respublikası ilə Birgə İqtisadi Komissiyanın 15-ci iclasının keçirilməsi iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən, tranzit, dəmir yolu, avtomobil, dəniz və hava nəqliyyatı, ticarət, əmtəə və texniki xidmətlər, mühəndislik, turizm, kənd təsərrüfatı və bir çox başqa sahələrdə iki ölkə arasında iqtisadi əlaqələrdə həmkarlığa nail olmaq üçün gözəl fürsətdir.

Xarici İşlər nazirinin iqtisadi diplomatiya üzrə müavini həmçinin, ölkədə bir neçə tikinti layihəsinin həyata keçirildiyini qeyd edərək, bu sahədə mükəmməl imkanlara malik İran şirkətlərinin daha çox layihələrdə iştirak edə biləcəklərinə ümid etdiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + fifteen =