Bakıda kişi qayınanasını, 2 yaşlı oğlunu və özünü bıçaqladı

Bakıda kişi qayınanasını, 2 yaşlı oğlunu və özünü bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayonunda 2 yaşlı uşağın bıçaqlanması ilə bağlı bağlı polisə məlumat daxil olub. Bildirilib ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 32 yaşlı Saqi Kərimov 46 yaşlı qayınanasına yüngül və 2 yaşlı oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 1 =