Bakıda marketdə silahlı atışma: Ölən var

Bakıda marketdə silahlı atışma: Ölən var

12:47

Bakıda “Bravo” hipermarketində silahlı atışma olub.

Publika.az xəbər verir ki, hücumun inkassatorun maşınına olduğu və hadisə nəticəsində 1 nəfərin öldüyü bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

DİN-in mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

xxx

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir” – məlumatda vurğulanıb.

xxx

“Bravo” Supermarketinə məxsus hipermarketdə atışma nəticəsində zərərçəkənlərin adları məlum olub.

Atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxs polis əməkdaşı Həsənov Rüfət Rahib oğludur. O başından güllələnib.

Yaralananlar isə Şaydayev Samir Ruslan oğlu kürək nahiyyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ ciynindən güllələnib.

xxx

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, ölən H.Rüfət Rahib oğlu polis əməkdaşı deyil.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 5 =