Bakıda oğurluq edən bacılar tutulub

Bakıda oğurluq edən bacılar saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 4 nəfərin çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar D. Ağammədova və bacısı F. Ağammədova saxlanılıblar.
Din.gov.az