Bakıda qadını avtomobil vurub
Bakının Xətai rayonunda bir nəfəri avtomobil vurub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.
Belə ki, prospektin piyada üçün müəyyən edilməyən hissəsindən keçən 1973-cü il təvəllüdlü Süleymanova Sədaqət Mirəhəd qızını minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.
BAKU.WS