Bakıda qlobal yol təhlükəsizliyi həftəsində tədbirlər keçiriləcək

Bakıda qlobal yol təhlükəsizliyi həftəsində tədbirlər keçiriləcək

17-23 may tarixləri BMT-nin təşəbbüsü ilə 6-cı qlobal yol təhlükəsizliyi həftəsi qeyd olunacaq.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli özünün rəsmi “Twitter” səhifəsində paylaşım edib. V. Kərimli qeyd edib ki, qlobal yol təhlükəsizliyi həftəsində paytaxtda bir sıra tədbirlər təşkil olunacaq. Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi ilə bağlı fəaliyyətlər həyata keçiriləcək və sakinlər maarifləndiriləcək.

Paylaşımda Bakının hamı üçün olduğunu diqqətə çatdıran BNA İH sədri yaşayış məntəqələrində sürət həddinin 30 km/saat olmasının zəruriliyini vurğulayıb.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =