Bakıda “Rent a car” cərimələnib
“Rent a car Baku-509” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.
Protokol baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib.
İş hakim Tural Ələkbərovun icraatındadır.
MMC-yə prokotol İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə tərtib olunub.
Bu xətaya görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.