Bakıda Səudiyyə Ərəbistanından olan turistə kəsici alətlə xəsarət yetirilib

Bakıda Səudiyyə Ərəbistanından olan turistə kəsici alətlə xəsarət yetirilib

Bakıda əcnəbi vətəndaş naməlum şəraitdə yaralanıb.

Hadisə Səbail rayonunda qeydə alınıb. 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf Nizami küçəsində (“Torqovı” adlanan ərazi-red) naməlum şəraitdə kəsici alətlə xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Onun turist olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =