Bakıda saxta 200 manatlıq peyda oldu
Publika.az xəbər verir ki, Nizami RPİ 23-cü Polis Bölməsinə yanvarın 4-də saat 22 radələrində Babək prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birində bir nəfərin 200 manatlıq saxta əskinas verməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Mikayılov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.