Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır

Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır

“B4” stansiyasının tunelləri daha əvvəl inşa olunub. Bu stansiya “8 Noyabr” stansiyasının davamı olacaq.

Bu barədə cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli deyib. 

O bildirib ki, “B4” stansiya kompleksinin inşasına hələ başlanılmayıb:

“Yaxın zamanlarda “B4” stansiya kompleksinin də tikintisinə başlanılması gözlənilir. Bu stansiya da texniki təchizat cəhətdən Bənövşəyi xəttin əvvəlki stansiyaları kimi ən müasir avadanlıqlarla təchiz olunacaq. Tikinti işləri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, yeni metro stansiyası Bakının Nəsimi rayonu ərazisində, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında inşa ediləcək.

OxuAz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =