Bakıdakı üçtərəfli görüş təxirə salındı

Bakıdakı üçtərəfli görüş təxirə salındı

Fevralın 19-da Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü təxirə salınıb.

Bu barədə Azərbaycan XİN-in rəsmi tvitter hesabında məlumat verilib.

Qeyd edək ki, 18-19 fevral tarixlərində Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfəri gözlənilirdi. Səfər zamanı Bakıda səfərdə olacaq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin 9-cu görüşünün keçirilməsi planlaşdırılırdı.

David Zalkalianinin Bakıya səfəri bu gün Baş Nazir Giorgi Qaxarianın və hökumətin istefası ilə əlaqədar təxirə salınıb.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =