Bakıdan Kremlə ikinci XƏBƏRDARLIQ: Ruslar Qarabağdan GEDİR…

Bakıdan Kremlə ikinci XƏBƏRDARLIQ: Ruslar Qarabağdan GEDİR…

Bunu Publika.aza açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Azərbaycan Müdafiə Nazirliyinin Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların komandanlığına son iki gündə ikinci xəbərdarlığına münasibət bildirən politoloq düşünür ki, Azərbaycan Müdafiə Nazirliyi rusiyalı sülhməramlılara haqlı olaraq xəbərdarlıq edir və iradlarını çatdırır:

“Azərbaycan dəfələrlə bu iradlarını Rusiyanın Müdafiə Nazirliyi qarşısında qaldırıb. Yenə də Ağdərə və Xocavənd, eləcə də digər yer adlarının təhrif olunmaması ilə bağlı haqlı iradlarının ardını gətirir. Amma Rusiyanın Müdafiə Nazirliyi və sülhməramlı kontingentin komandanlığı həmişə bu iradları qulaqardına vurur. Hələ içəridə, Qarabağın dağlıq hissəsində separatçılıq hərəkətlərinin qızışdırılmasını demirəm, sülhməramlılar hər dəfə bir yeni xəritə tərtib edib yeni hoqqabazlığa əl atırlar. Zənnimcə, prezident də sülhməramlı qüvvələrin bu ərazidən getməsi ilə bağlı müəyyən işarələr verib.

Amma sülhməramlıların buradan gedişi daha tez baş verə bilər. Biz bunu gizlətmirik. Geosiyasi şərtlər, eyni zamanda, bölgədə və post-sovet məkanında formalaşmaqda olan yeni dünya düzəni bu bölgədə Rusiyanın rolunun getdikcə azalması, Cənubi Qafqazda da geo-strateji mövqelərin, yeni düzənin formalaşmasını sürətləndirmək iqtidarındadır. Bu prosesdə Rusiyaya və onun silahlı qüvvələrinə yer olmayacaq. Artıq Rusiya bütün sahələrdən, bütün beynəlxalq təşkilatlardan uzaqlaşdırılır. Güman edirəm ki, bununla bağlı bizim də əlimizə fürsət düşəcək. Yəni bölgəni qatıb-qarışdıran, erməniləri müdafiə edərək bölgədə yeni hərbi toqquşmalar yaratmağa çalışan rusiyalı sülhməramlılar barəsində qəti addımlar atacağıq”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 5 =