Bakının bu xəstəxanasında işıqlar söndü

Bakının bu xəstəxanasında işıqlar söndü

Bu gün saat 11:30 radələrində Kliniki Tibbi Mərkəzi elektrik enerjisi ilə təmin edən yüksək gərginlikli hava xəttində açılma baş verib və elektrik enerjisi təxminən 10 dəqiqə sonra, saat 11:40-da tam bərpa olunub.

Kliniki Tibbi Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, mərkəzin bütün şöbələrində və ya korpuslarında ümumiyyətlə elektrik enerjisinin olmaması ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzin ümumilikdə 5 ədəd elektrik generatoru var və həmin zaman onlardan yalnız biri işə düşməyib. Bu da Mərkəzin Poliklinika şöbəsinin işinə təsir edib.

Ağır xəstələrin olduğu digər şöbə və bölmələrdə elektrik enerjisinin verilişində problem yaşanmayıb. Qeyd edilib ki, elektirk enerjisinin verilişində baş verən qısa fasiləli problem Kliniki Tibbi Mərkəzin fəaliyyətinə, mərkəzdə olan ağır xəstələrin vəziyyətinə heç bir təsir etməyib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =