Bakının mərkəzində fərdi yaşayış evində baş verən yanğın söndürüldü

Bakının mərkəzində fərdi yaşayış evində baş verən yanğın söndürüldü

FHN qüvvələrinin çevik müdaxiləsi nəticəsində Qış parkının yaxınlığında birmərtəbəli binanın dam örtüyündə baş verən yanğın qısa müddətdə söndürülüb.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

***15:48

Paytaxtın mərkəzi yerlərindən birində yanğın baş verib. 

BAKU.WS xəbər verir ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində, Qış parkının yaxınlığında birmərtəbəli binanın dam örtüyü yanır.

FHN-in yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyyatlarına cəlb edilib. Yanğınla mübarizə tədbirləri davam etdirilir.

Yanğının baş vermə səbəbi hələ ki açıqlanmayıb. 

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 14 =