Banqladeşdə daşqın nəticəsində ölənlərin sayı 80 nəfəri ötüb

Banqladeşdə daşqın nəticəsində ölənlərin sayı 80 nəfəri ötüb

Banqladeşdə güclü mövsümi yağışlar nəticəsində çayların məcrasından çıxaraq daşqınlar yaratması səbəbindən 82 nəfər həyatını itirib.

Trend xarici mətbuata istinadla xəbər verir ki, ölkənin müvafiq qurumlarının yaydığı məlumata görə, qurbanların əksəriyyəti sularda boğularaq vəfat edib. Bundan əlavə bəzi ərazilərdə ilan sancması, ildırım vurması və torpaq sürüşməsi səbəbindən ölüm halları da qeydə alınıb.

Son 24 saat ərzində azı doqquz nəfərin öldüyü bildirilir. Onlarda yeddi nəfəri boğularaq həyatının itirib, bir nəfəri ilan sancıb, bir nəfər isə təbii fəlakətin meydana gətirdiyi digər səbəblərdən ölüb.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 12 =