Banqladeşdə hərbi təyyarə universitet ərazisinə düşdü: Ölən və Yaralananlar Var! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb.Təyyarə Paytaxt Dəkkədə yerləşən bir universitetin ərazisinə düşüb.Hadisə yerli vaxtla günorta saatlarında baş verib.
Yerli media qurumlarının yaydığı məlumata əsasən, qəza nəticəsində bir neçə nəfər həyatını itirib, xəsarət alanların sayı dəqiqləşdirilir. Təyyarənin təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən idarəetməni itirdiyi ehtimal olunur.
Banqladeş Müdafiə Nazirliyi hadisə ilə bağlı araşdırmalara başladığını açıqlayıb. Qəzanın səbəblərinin müəyyən edilməsi üçün xüsusi komissiya yaradılıb. Universitet rəhbərliyi və yerli hakimiyyət orqanları hadisə yerində təxirəsalınmaz tədbirlər görür.