Banqladeşdə “Sitranq” qasırğasında 9 nəfər ölüb

Banqladeşdə “Sitranq” qasırğasında 9 nəfər ölüb

Banqladeşin şərq sahillərində “Sitranq” qasırğası 9 nəfərin həyatına son qoyub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yerli sakinlərin təxliyə edildiyi bildirilir. Hazırda zərərçəkənlərin sayı və dəymiş ziyan dəqiqləşdirilir.

Benqal körfəzində yaranan siklonun sürəti saatda 88 kilometr olan güclü küləklə müşayiət olunur. Sahildə yerləşən binalar dağılıb, güclü yağışlar nəticəsində bir neçə yaşayış məntəqəsi su altında qalıb, elektrik xətləri və rabitə xətləri sıradan çıxıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =