Baqiri: Sionistlərin vəhşiliyinə susmaq bu şər varlıqları daha da həyasız edir

Baqiri: Sionistlərin vəhşiliyinə susmaq bu şər varlıqları daha da həyasız edir

İranın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqiri Kəni deyib: “Təcrübə sübut edib ki, sionistlərin hərbi və təhlükəsizlik barbarlığı qarşısında susmaq bu şər varlıqları daha da həyasız edir”.

Bu, bu gün, cümə axşamı, İranın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqiri Kəni ilə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava arasında baş telefon danışığı baş tutub.

Bu telefon danışığı zamanı ikitərəfli əlaqələr və mühüm regional məsələlər, xüsusilə sionistlərin cinayətləri və Qəzzədə soyqırım törətməsi nəzərdən keçirilib.

Baqiri Tehran və Tokio arasında davam edən diplomatik nümayəndə heyətlərinin mübadiləsinə, xüsusilə Yaponiya baş nazirinin xüsusi nümayəndəsinin İrana səfərinə və onun yeni prezidentin andiçmə mərasimində iştirakına toxunaraq, bunu iki ölkə arasında güclü və köklü əlaqələrin göstəricisi hesab edib.

O, hesab edib ki, son on ayda Qəzzə zolağında mülki hədəflərin bombalanması, o cümlədən məktəblər, məscidlər, xəstəxanalar, digər infrastruktur və şəhər obyektlərinin dağıdılması və dinc əhalinin amansızlıqla öldürülməsi sionist rejim tərəfindən müharibə cinayətlərinin, insanlığa qarşı cinayətin və fələstinlilərə qarşı soyqırımının aydın sübutudur. 

Baqiri əlavə edib: “Bu dözülməz vəziyyətin əsas səbəbi bir tərəfdən Amerikanın və bəzi digər Qərb ölkələrinin Təl-Əvivi idarə edən cinayətkar dəstəyə yardım etməsi, digər tərəfdən isə bu irqçi rejimin törətdiyi açıq cinayətlərə qarşı bəzi Qərb dövlətlərinin susqunluğu və hərəkətsizliyidir”. 

İran xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni BMT Təhlükəsizlik Şurasının son iclası zamanı Şuranın beynəlxalq təhlükəsizlik və sabitliyi pozan, yəni sionist rejim ilə effektiv mübarizə və onun qarşısını almaqda öz vəzifələrini yerinə yetirməsinə mane olan qərblilərin dəstəkləyici yanaşmasını tənqid edib və bildirib: “Təcrübə göstərib ki, sionistlərin hərbi və təhlükəsizlik vəhşiliyi qarşısında susmaq bu yaramaz varlıqları daha qəddar və həyasız edir.

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava da bu telefon danışığında Qərbi Asiya regionunda artan eskalasiyadan narahatlığını ifadə edib və hesab edib ki, vəziyyətin sakitləşdirilməsi və gərginlik səviyyəsinin azaldılması bütün tərəflərin maraqlarına xidmət edəcək.

Bu telefon danışığında hər iki tərəf Qərbi Asiya regionunda sülh və sabitliyin vacibliyini təsdiqləyib və Yaponiya ilə İran arasında əlaqəni davam etdirməyə razılaşıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three − two =