“Barbi kuklası” cadu üçün yaradılıb – TAPINTI

Arxeoloqlar qədim Misirdən qalma maraqlı bir tapıntını üzə çıxarıblar. Bu, kətan parçadan hazırlanmış və insan saçları ilə bəzədilmiş qədim “Barbi kuklası”dır.
Dünyanın ilk barbi kuklasının 1800-dən çox yaşı var.
Kuklada ən diqqətçəkən cəhət sırğalarıdır. Onun sırğaları həqiqi qızıldan, boyun və ayaq biləklərindəki aksesuarlar isə üzərinə qızıl çəkilmiş dəridəndir. Məhz bu xüsusiyyətlərinə görə kukla öz dövrünün ən dəbdəbəli nümunələrindən biri hesab olunur və ehtimal ki, varlı bir ailənin uşağına məxsus olub.
Mütəxəsssislərin sözlərinə görə, bu kukla daha çox cadu və ritual üçün istifadə olunub.
Qeyd edək ki, kukla Berlin Misir muzeyində saxlanılır.