“Barselona” dünya çempionu ilə müqaviləni uzadıb

“Barselona” dünya çempionu ilə müqaviləni uzadıb

uzadır

İspaniyanın “Barselona” klubu futbolçusu Usman Dembele ilə müqavilənin müddətini uzadır.

“Report”un məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

25 yaşlı hücumçu ötən gün axşam saatlarında Barselona şəhərinə çatıb. Fransalı forvardın yeni sözləşməsi 2024-cü ilin iyununadək nəzərdə tutulacaq.

Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandes oyunçunun komandada qalmasını istəyib. Bundan əlavə, Dembele maaşının azaldılmasına da razı olub.

Qeyd edək ki, Usman Dembele 2017-ci ildən “Barselona”da çıxış edir. Hücumçu 2018-ci ildə Fransa millisi ilə dünya çempionatının qalibi olub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 2 =