“Barselona” “Mançester Siti”nin kapitanını alır

“Barselona” “Mançester Siti”nin kapitanını alır

“Barselona” klubu “Mançester Siti” ilə müqaviləsi başa çatan İlkay Gündoğanın transferini bitirmək üzrədir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, “Barsa” transferi Çempionlar Liqasının İstanbul finalından sonra açıqlamağı planlaşdırır. 

Məlumata görə, “Barselona” 32 yaşlı yarımmüdafiəçi ilə üç illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 2016-cı ildən “şəhərlilər”in formasını geyinən İ.Gündoğan ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 50 oyun keçirib, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =