“Barselona” rəsmən açıqladı: Kapitan gedir

“Barselona” rəsmən açıqladı: Kapitan gedir

Publika.az xəbər verir ki, Kataloniya təmsilçisi bu barədə sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb. Xəbərdə “Barsa” əfsanəsi ilə vidalaşır” sözləri qeyd olunub.

2008-ci ildən bu klubun əsas komandasında çıxış edən Serxio Buskets 719 matça çıxıb. O, bu görüşlərdə 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

34 yaşlı kapitan bu müddət ərzində 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda klublararası dünya çempionatının və UEFA Super Kubokunun, 8 dəfə İspaniya La Liqasının, 7 dəfə isə ölkə kubokunun və super kubokunun qalibi olub.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − four =