“Barselona”nın qapıçısı 300-cü oyununa çıxıb
“Barselona” İspaniya La Liqasının 19-cu turunda “Sevilya” ilə qarşılaşıb.
SalamNews xəbər verir ki, sözügedən matç “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen üçün əlamətdar olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, “Sevilya” ilə matç alman futbolçunun “Barselona”dakı 300-cü rəsmi oyunu olub.
Ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir.
“Sevilya” – “Barselona” matçı 1:1 hesabıyla bitib.
SalamNews.org