Baş katib: İslamofobiya ilə mübarizə yolunu hamılıqla təyin etməliyik

Bunu Britaniya Müsəlman Cəmiyyətinin Baş katibi Zara Mohammed Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirə zamanı deyib.
“İsmarış çox sadədir: biz özümüzə sual etməliyik ki, bu dini, İslam dinini, – necə təlqin etməliyik? Çünki ortada dolaşan çox absurd qənaətlər var. Bu, İslama qarşı neqativ fikirlər yaradır”, – o əlavə edib.
Zara Mohammed Britaniyada yaşayan müsəlmanların problemlərinə toxunub: “Biz sivilizasiyanın mütərəqqi formalaşmasına töhfə verməklə yanaşı, eyni zamanda, islamofobik düşüncəni önləmək naminə də birləşməliyik”.