Baş Nazir ABŞ-ın İranla bağlı iddialarının yalan olduğunu qeyd etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Pakistan Baş Naziri İmran Xan ABŞ Xarici İşlər naziri Mayk Pompeonun İranla bağlı “Əl-Qaidə” terrorçu qruplaşması iddialarına münasibət bildirib.
Baş Nazir televiziyada çıxışı zamanı vurğulayıb ki, Mayk Pompeonun iddialarının heç bir əsası yoxdur.
“Mayk Pompeonun sözləri doğru deyil və dünya buna inanmayacaq.
“Əl-Qaidə” ilə İranı eyni cərgədə göstərmək cəfəngiyyatdır”, – deyə İmran Xan diqqətə çatdırıb.
O qeyd edib ki, Mayk Pompeo vəzifə müddətinin sonuna gəldiyi üçün İsrail rejiminin gözündə yüksəlməyə çalışır.