Baş Prokurorluq bu qurumda araşdırma apardı, cinayət işi başlanıldı

Baş Prokurorluq bu qurumda araşdırma apardı, cinayət işi başlanıldı

Baş Prokurorluğun Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı respublika tabeli şəhər və rayon üzrə pensiyaçıların məlumatları yoxlanılarkən 2002-2007-ci illər ərzində 51 şəxsin müvafiq sənədlərində saxtakarlıqlara yol verilməklə pensiya təyinatlarının aparılması, nəticədə 31.06.2022-ci il tarixədək ümumilikdə 884 min manat məbləğində artıq pensiya ödənişinin həyata keçirilməsinə əsaslı şühbələr müəyyən edilmişdir.

Toplanmış materialda ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərinin əlamətləri müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılmışdır.

Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 5 =