Başına 5 milyon qoyulan narkobaron ABŞ-a ekstradisiya edildi
Kolumbiyanın ən nüfuzlu narkobaronlarından olan “Otoniel” ləqəbli Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib.
Lent.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti İvan Duke rəsmi məlumat verib.
“Məlumat verirəm ki, “Otoniel” ləqəbli Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib. Bu cinayətkar yalnız Pablo Eskobarla müqayisə edilıə bilər” – deyə dövlət başçısı Tvitterdə yazıb.
Qeyd edək ki, 50 yaşlı narkobaron ötən oktyabrda hərbi əməliyyat zamanı saxlanıb. 2009-cu ildə Nyu-York məhkəməsi onun yerini bildirənə 5 milyon dollar vəd etmişdi.
Lent.az