Başqaları üçün dua etmək insana nə verir?

Başqaları üçün dua etmək insana nə verir?

İnsanların başqalarının qəminə görə qəmgin olub, onlar üçün dua etməsi – nə qədər gözəl bir əməldir. Xüsusilə də bu əməl əgər riyasız yerinə yetirilsə. Uca Allah belə əməli mükafatsız qoymaz. Həm başqaları üçün etdiyi duasını qəbul edər, həm özü üçün etdiyi duaları.

İmam Sadiq (ə) buyurur: “Hər kim özündən əvvəl 40 mömin üçün dua edərsə, həm onlar üçün etdiyi duaları və həm özü üçün etdiyi duaları qəbul olar. Bununla yanaşı, həyatlarında olan xoşagəlməz hadisələri də onlardan uzaq edər. Onların maddi və mənəvi ruzilərini artırar”.

Həzrət İmam Sadiq (ə) başqa yerdə buyurur: “Möminin, yanında olmayan mömin qardaşı üçün etdiyi duası qəbul olar. Ruzinin artmasına və müsibətlərin dəf olmasına səbəb olar”.

İmam Baqir (ə) buyurur: “Ən tez yerinə yetən dua – möminin, yanında olmayan qardaşı üçün etdiyi duadır”.

Bu hədislər bizləri başqaları haqqında etinasız olmaqdan çəkindirir və buyurur ki, əgər onların qəminə şərik olsan və onlara görə dua etsən – sənin də dua yerinə yetəcək və bir çox bərəkətlərə sahib olacaqsan.

Ona görə də ətrafımızda olan mömin qardaşlarımıza həssas olaq və onların həmdəmi olaq – həm qəmlərində, həm də şadlıqlarında. (Həvzəh)

/Deyerler.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 15 =