Batumda qanlı qarşıdurma! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Gürcüstanın Batum şəhərində silahlı insident baş verib. Yerli restoranda dostları ilə birlikdə əyləşən Hakkı Tekin adlı şəxs, motosiklet kaskası taxmış naməlum bir şəxs tərəfindən atəşə tutulub. Hadisə yerində həyatını itirən Tekinin ölümünün narkotik aləmi ilə bağlı hesablaşma olduğu ehtimal edilir.
Hazırda Gürcüstan polisi cinayətlə bağlı istintaq aparır, hücumun motivləri və digər detalları araşdırılır.