Bayden 36 il vitse-prezident olduğunu söylədi

Bayden 36 il vitse-prezident olduğunu söylədi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden çərşənbə günü etdiyi çıxışında yanlışlıqla 36 il vitse-prezident vəzifəsində çalışdığını söyləyib.

Baydenin bu yeni xətası Pensilvaniyanın Skranton şəhərində etdiyi çıxışında baş verib və ABŞ prezidenti bir daha sosial şəbəkə istifadəçilərinin mövzusuna çevrilib.

O, bu çıxışında deyib: “Həyat yoldaşım və qızım öldürüldükdən sonra 36 il hər gün ABŞ-ın vitse-prezidenti olaraq qatarla get-gəl edir, ailəmi görmək üçün evə gedirdim və bu iş həmişə davam etdi.”

ABŞ prezidenti Co Baydenin səhvləri və yaddaşının zəif olması, vəzifəyə başladığı gündən bəri medianın böyük diqqətini çəkdi və tənqidçiləri onun psixi sağlamlığı və qabiliyyətlərini şübhə altına almağa vadar etdi.

Ağ Evin keçmiş həkimi, hazırda Konqres üzvü Rani Cekson, Baydenin prezidentlik dövrünün bitməsindən öncə istefa verməli olacağını əvvəlcədən proqnozlaşdırmış, eyni zamanda prezidentin psixi sağlamlığından narahat olduğunu bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 11 =