Bayden ABŞ-da eynicinsli nikahları tanıyan QANUNU İMZALADI

Bayden ABŞ-da eynicinsli nikahları tanıyan QANUNU İMZALADI

Publika.az xəbər verir ki, müvafiq qanunu Amerika lideri Co Bayden imzalayıb.

Mərasim dekabrın 14-də Ağ Evin qazonunda baş tutub. İmzalanan qanun həm də “transgender uşaqları qorumaq” və “həddini aşmış ali məhkəmənin” səhvlərini aradan qaldırmağın zəruriliyini göstərir.

“Sevgi sevgidir, hüquqlar hüquqdur, ədalət ədalətdir. Bunlar amerikalılar üçün vacib olan fundamental şeylərdir “, – ABŞ prezidenti deyib.

O, həmçinin bildirib ki, ölkənin ali məhkəməsi guya ifrata varıb və “milyonlarla amerikalıdan yarım əsrdir mövcud olan hüququ əlindən alıb” deyə qanun qəbul edilməlidir.

Sonda o, dövlət səviyyəsində təklif olunan qanunlarla təhdid edilən “transgender uşaqları” xatırladıb. Bu sənədlər uşaqların cinsini dəyişdirən həkimlər üçün cinayət məsuliyyəti yarada bilər.

Baydenin fikrincə, belə uşaqlar, əksinə, qorunmalıdır.

“Biz bu uşaqları qorumalıyıq ki, sevildiklərini bilsinlər, biz onların tərəfindəyik və özlərini tapa biləcəklərini söyləyirik”, – Bayden əlavə edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 1 =