Bayden: ABŞ-da “Omikron” ştammının yayılması qaçılmazdır
ABŞ-da koronavirusun yeni variantı “Omikron” ştammı artıq yayılmağa başlayıb. Yeni variantın daha geniş vüsət alması qaçılmazdır. Bu səbəbdən vətəndaşlar COVID-19-a qarşı dərhal peyvənd olunmalıdır.
SalamNews “İnterfaks”a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
“”Omikron” hələ ki, Avropada olduğu kimi sürətlə yayılmır.
Amma indi buradadır, yayılır və kütləvi hal alacaq. Peyvənd olunmayanlara gəlincə isə qışda ağır xəstəlik və ölümlə üzləşəcəyik”, – deyə Bloomberq Baydendən sitat gətirib.
Qeyd edək ki, Omikron ştammı noyabr ayında Afrikanın cənubunda müəyyən edilib. Mütəxəssislər onun daha təhlükəli olduğunu hesab edir.
SalamNews.org