Bayden Afrika liderlərinə 1 milyard dollar söz verdiyi görüşdə yatıb
ABŞ Prezidenti Cozef Bayden, Afrika liderləri ilə Anqolada keçirilən Trans-Afrika Sammiti zamanı yuxuya gedib.
Sammitdə quraqlıq şəraitində Afrika dövlətlərinə yardım məsələsi müzakirə edilib. Bayden danışıqlar aparılarkən ovucunu gözlərinə tutaraq masa arxasında hərəkətsiz vəziyyətdə olub.
Amerikalı liderin Afrika liderlərinə 1 milyard dollar maliyyə yardımı vəd etməsi ilə eyni vaxtda yuxuya getməsi diqqət çəkib.