Bayden ASEAN-ın sammitlərində iştirak üçün Kambocaya gedib

Bayden ASEAN-ın sammitlərində iştirak üçün Kambocaya gedib

ABŞ Prezidenti Cozef Bayden Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitlərində iştirak etmək üçün şənbə günü Pnompenə gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kambocanın İnformasiya Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti ASEAN-ın 40-cı və 41-ci sammitlərində və əlaqədar tədbirlərdə iştirak etmək üçün yerli vaxtla saat 08:10-da (Bakı vaxtı ilə 05:10) Kambocaya gedib.

Bayden ABŞ-ASEAN sammitində və Şərqi Asiya sammitində də iştirak edəcək. Noyabrın 13-də onun Yaponiyanın Baş naziri Fumio Kisida və Koreya Respublikasının Prezidenti Yun Sok Yol ilə ikitərəfli görüşləri gözlənilir. Bayden həmçinin Hind-Sakit okean regionunda əməkdaşlığı daha da gücləndirmək üçün Yaponiyanın baş naziri və Cənubi Koreya Prezidenti ilə üçtərəfli görüş keçirəcək.

Report.a

z

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =